“Beşiktaş”ın kapitanına yeni müştəri
04.11.2008 - 11:43
“Beşiktaş”ın kapitanına yeni müştəri
Bakı. Kənan Həsənov - APA-Sport. Türkiyənin “Beşiktaş” klubunun kapitanı Matias Delqado yeni ildən İtaliya A seriyasında çıxış edə bilər. “APA-Sport”un məlumatına görə, argentinalı futbolçunun xidmətində “Latsio” maraqlıdır.

İtaliyalıların dövrələrarası fasilədə Delqadoya 7 milyon avroluq rəsmi təklif irəli sürəcəyi gözlənilir. “Beşiktaş”la 2011-ci ilədək müqaviləsi olan argentinalı yarımmüdafiəçi də Apennin yarımadasında oynamaq istəyir.

Qeyd edək ki, Delqado Almaniyanın “Şalke” və “Hamburq” klublarının da maraq dairəsindədir.
0