Gəncədə medal qalmadı...
27.11.2008 - 14:09
Gəncədə medal qalmadı...
Gəncə Olimpiya Kompleksində əməkdar məşqçi İsax Cəfərovun xatirəsinə həsr olunan sərbəst güləş üzrə böyüklər arasında açıq turnir keçirilib. Azərbaycan Güləş Federasiyasının rəsmisi Mətləb Abdullayevin apasport.az saytına verdiyi məlumata görə, yarışda 4 ölkədən 6 komanda iştirak edib. Turnirdə Azərbaycan, Gürcüstan, Mazandaran, Tehran (hər ikisi İran), Dağıstan və Osetiya (hər iksi Rusiya) yığmaları mübarizə aparıblar.

160 pəhləvanın qatıldığı yarışda hər 4 ölkənin nümayəndələrinə medal çatıb. Hamıdan çox isə həmvətənlərimiz qənimət ələ keçiriblər - 4 qızıl, 2 gümüş, 3 bürünc medal. Qeyri-rəsmi komanda hesabında ikinci yeri Gürcüstan tutub (2 qızıl, 3 gümüş, 2 bürünc medal). Xatirə turniri gələn ildən etibarən FİLA-nın təqviminə salınacaq.

55 kq (22 güləşçi)

1. Nəriman İsrafilov (Dağıstan)
2. Ceyhun Əliyev (Azərbaycan)
3. Həsən Rəhimi (Tehran)
3. Abbas Dabbaği (Mazandaran)

60 kq (35 güləşçi)

1. Xaybulla Saalov (Azərbaycan)
2. Malxar Kuldiyari (Gürcüstan)
3. Mustafa Ağajani (Tehran)
3. Tağı Dadaşi (Mazandaran)

66 kq (29 güləşçi)

1. Koba Kakaladze (Gürcüstan)
2. Səid Dadaşpur (Mazandaran)
3. Ruslan Dibirhacıyev (Dağıstan)
3. Saba Kuberti (Osetiya)

74 kq (25 güləşçi)

1. Aqil Quliyev (Azərbaycan)
2. Xaqan Süleymanov (Azərbaycan)
3. Emin Əzizov (Azərbaycan)
3. Zurab Naniyev (Gürcüstan)

84 kq (23 güləşçi)

1. Arçil Kitiaşvili (Gürcüstan)
2. Tamerlan Tağıyev (Osetiya)
3. Səid Nictani (Mazandaran)
3. Tornik Svanadze (Gürcüstan)

96 kq (15 güləşçi)

1. Cəmaləddin Məhəmmədov (Azərbaycan)
2. Berduri Qavaşelaşvili (Gürcüstan)
3. Xangəray Asiatilov (Azərbaycan)
3. Mehman İmanquliyev (Azərbaycan)

120 kq (11 güləşçi)

1. Əli İsayev (Azərbaycan)
2. Georgi Nuxuradze (Gürcüstan)
3. Tamerlan Baqayev (Osetiya)
3. Əhməd Rəsuli (Mazandaran)
0