Vüsal Əliyev: “Rubin” – Paxtakor” oyununa ciddi hazırlaşmışam
17.01.2009 - 14:35
Vüsal Əliyev: “Rubin” – Paxtakor” oyununa ciddi hazırlaşmışam
Azərbaycanlı FİFA hakimi Vüsal Əliyev Moskvada startı verilən “MDB və Baltikyanı ölkələrin çempionlarının Birlik kuboku” turnirinin ilk turuna təyinat alıb. Bu haqda apasport.az saytına məlumat verən Əliyev “Rubin” – “Paxtakor” oyununu idarə edəcəyini bildirib.

39 yaşlı beynəlxalq dərəcəli hakimimiz Rusiya və Özbəkistan çempionlarının görüşünün onun üçün böyük önəm kəsb etdiyini söyləyib: “Mənə belə məsul matçı idarə etməyi etibar etdilər. Burada bir sıra digər təcrübəli hakimlər olsa da, Rusiya Futbol Hakimləri Kollegiyasının prezidenti Sergey Zuyev məni “Rubin” – “Paxtakor” görüşünə təyin etdi. Bu oyuna ciddi hazırlaşmışam. Səhər erkən fiziki hazırlığım üzərində çalışmışam. Turnirin oyunlarını izləmək üçün FİFA və UEFA prezidentləri Yozef Blatterlə Mişel Platini bura təşrif buyurub. Rövnəq Abdullayev başda olmaqla, AFFA rəhbərliyi də hazırda Moskvadadır. Mənə göstərilən etimadı doğrultmaq, Azərbaycan hakimliyini layiqincə təmsil etmək üçün əlimdən gələni edəcəyəm. “Rubin” – “Paxtakor” oyununa yaxşı idarəçiliyim turnirdə yenə məsul oyunlara təyinat almaq baxımdan qarşımda “yaşıl işıq yandıracaq”. Sabah keçiriləcək 2-ci turda ehtiyat hakim olacağam. Sonrakı təyinatlar hələ açıqlanmayıb”.

Qeyd edək ki, “Olimpiya” manejində keçiriləcək “Rubin” – “Paxtakor” oyunu Bakı vaxtı ilə 20:00-da başlayacaq.
0