“Onlar bizə yalvarırdılar ki, daha qol vurmayın”
10.04.2009 - 14:32
“Onlar bizə yalvarırdılar ki, daha qol vurmayın”
“Hesab 4:1 olarkən Argentina yığmasının bəzi futbolçuları bizə yalvarırdı ki, bundan artıq qol vurmayaq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Boliviya milli komandasının futbolçusu Marsel Martins deyib.

Ukraynanın “Şaxtyor” klubunda çıxış edən hücumçu dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçirilən qarşılaşmada Boliviyanın Argentinanı 6:1 məğlub etməsinin səbəbini açıqlayıb: “Sadəcə, biz daha yaxşı oynadıq. Matçın dəniz səviyyəsindən 3600 metr yüksəklikdə keçirilməsinin nəticəyə təsir etməsi ilə bağlı deyilənlər düzgün deyil. Belə olsaydı, minimal fərqlə qalib gələrdik. Amma bu hündürlüyə həqiqətən uyğunlaşmaq lazımdır. Yığmamızın baş məşqçisi bizim 7 futbolçunu Kolumbiya ilə görüşə aparmayıb La-Pas şəhərində saxladı ki, biz Argentina ilə oyunadək şəraitə uyğunlaşaq”.
0