Sarışın gözəlçənin cəzası yüngülləşdirildi - FOTO
05.05.2009 - 15:43
Sarışın gözəlçənin cəzası yüngülləşdirildi - FOTO
ABŞ-ın Los-Anceles şəhər məhkəməsi dopinqdən istifadədə ittiham olunan idmançının cəzasının yüngülləşdirib. Apasport.az saytının məlumatına görə, qadağan olunmuş dərman preparatlardan yararlandığı üçün iki illik yarışlardan kənarlaşdırılan Cessika Hardinin cəzası 1 ilədək azaldılıb.

100 metr məsafəyə üzgüçülükdə sabiq dünya rekordçusu olan 22 yaşlı amerikalı xanım artıq iyulun 31-dən sonra turnirlərə qatıla biləcək. Onun cəzalandırılmasının 1 ili məhz həmin tarixdə tamam olacaq.

Sarışın gözəlçə ötən ilin yayında Pekin Olimpiadasına hazırlıq məqsədilə keçirilmiş ABŞ çempionatı zamanı dopinq testdə ilişmişdi. Cessika yay olimpiya oyunlarından kənarda qalsa da, onun kifayət qədər titulu var. İstedadlı idmançı indiyədək dörd qat dünya çempionu olub.
0