Mircavadov bəyənmədiyi futbolçunu “Qarabağ”a göndərdi
09.07.2009 - 14:00
Mircavadov bəyənmədiyi futbolçunu “Qarabağ”a göndərdi
Avroliqaya hazırlaşan “Qarabağ” Türkiyədə təlim-məşq toplantısını davam etdirir. Apasport.az saytının məlumatına görə, Ağdam təmsilçisinin sıralarına bir legioner də qoşulub. Guylain Dumbu-Nsungu əslən Konqodan olsa da, Fransa vətəndaşıdır. Karyerasının böyük hissəsini İngiltərədə keçirən 27 yaşlı hücumçu güclü fizki göstəriciləri ilə seçilir.

Bununla belə, konqolu nə qədər güclü olsa da, “Xəzər-Lənkəran” klubunda baxışdan keçə bilməyib. Belə ki, Nsungu dünən lənkəranlıların heyətində Superliqa təmsilçisi “Eskişəhərspor”a qarşı yoxlama matçında (2:1) forma geyinib hətta qələbə qolunu vursa da, baş məşqçi Ağasəlim Mircavadov onu bəyənməyib. “Qarabağ” rəhbərliyi isə bu futbolçu haqda sabah qərar verəcək.
0