30 yaşlı klub prezidenti - FOTO
01.09.2009 - 13:38
30 yaşlı klub prezidenti - FOTO
30 yaşlı Əhməd Gökçek Türkiyədə futbol klubunun prezidenti seçilib. Apasport.az saytının məlumatına görə, bu cavan oğlan Superliqada mübarizə aparan “Ankaragücü”yə rəhbərlik edəcək. Seçkidə 160 səs toplayan Əhməd bütün rəqiblərini qabaqlayaraq, klubun 39-cu prezidenti olub. Eyni zamanda, Gökçek komandanın ən gənc prezidentinə çevrilib.

Qeyd edək ki, Əhməd Ankara Böyükşəhər Bələdiyyəsinin sədri Melih Gökçeyin oğludur. O, 2006/07 mövsümündə də klub rəhbəri seçilmişdi. Ancaq Almaniyanın aşağı liqasında yarışan “Berlin Ankaraspor” maliyyə böhranı ilə üzləşərək, uğursuzluğa düçar olmuşdu.
0