Prezident əsəbiləşdi, Mənsimov sakitləşdirdi - FOTOSESSİYA
04.11.2009 - 14:15
Prezident əsəbiləşdi, Mənsimov sakitləşdirdi - FOTOSESSİYA
İstanbulun “İsmət İnönü” stadionunda Çempionlar Liqasının qrup mərhələsinin IV turu çərçivəsində keçirilmiş “Beşiktaş” - “Volsfburq” oyunu (0:3) azarkeşlərin kəskin etirazları ilə yadda qalıb. Apasport.az saytının məlumatına görə, fanatlar sevimli komandalarının uduzmalarından qəzəblənərək, “qara qartallar”ın prezidenti Yıldırım Dəmirörənin ünvanına təhqiramiz şüarlar səsləndiriblər.

Matçı Dəmirörənlə eyni lojada “Palmali” Şirkətlər Qrupunun rəhbəri, “Xəzər-Lənkəran” klubunun fəxri prezidenti Mübariz Mənsimov, həmçinin Türkiyə Futbol Federasiyasının prezidenti Mahmud Özgənər, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın qardaşı Mustafa Ərdoğan, “Fənərbaxça”lı iş adamı Fərid Şahenk, türkiyəli tanınmış futbol adamı İhsan Kalkavan da yer alıb. Lakin azarkeşlər heç kimi nəzərə almayaraq, “Beşiktaş” prezidentini söyməkdən belə, çəkinməyiblər. Həyat yoldaşı Revnanın yanında Dəmirörən üçün “Rədd ol get, prezident!”, “Kadıköyə matça getsənə!’ və “Fənərbaxça”ya prezident olsana!” kimi şüarlar səsləndiriblər.

Əsəblərini cilovlaya bilməyən prezident ayağa qalxaraq, azarkeşlərə doğru əl-qolunu silkələməklə, cavab qaytarıb. Dəmirörən stadionu tərk etmək istəsə də, onun ətrafındakılar, o cümlədən Mənsimov onu sakitləşdirib. “Beşiktaş” rəhbəri lojada oturan qonaqların təkidindən sonra yerinə oturaraq, oyunu izləməyə davam edib.
0