“İqtisadçı” növbəti mərhələdə!
17.10.2010 - 16:20
“İqtisadçı” növbəti mərhələdə!
Voleybol üzrə qadınlardan ibarət “İqtisadçı” klubu “Çelenc Cup” turnirinin II təsnifat mərhələsinə vəsiqə qazanıb. Apasport.az saytının məlumatına görə, dünən Bosniya və Herseqovinanın “Kula” komandasına ilk oyunda 3:0 hesabı ilə qalib gələn “iqtisadiyyatçılar” bu gün də eyni uğuru təkrarlayıblar.

Belə ki, ilk hissədə qonaqları 25:19 hesabı ilə məğlub edən Rəşad Yazıçıoğullarının yetirmələri növbəti setdə rəqibə 25:15 hesabı ilə qalib gəliblər. Üçüncü hissə də voleybolçularımızın tam üstünlüyü şəraitində keçib. Rəqibə 12 xal verən “İqtisadçı” bununla da cütün taleyini həll edib.

Çelenc Cup
I təsnifat mərhələsi

Cavab oyunları

Qadınlar
İqtisadçı – Kula – 3:0 (25:19, 25:15, 25:12)
Hakimlər: Nurper Özbar (Türkiyə), Nadejda Kozlova (Rusiya).


İlk oyunlar
16 oktyabr
Qadınlar
Kula – İqtisadçı – 0:3 (16:25, 19:25, 8:25)
Hakimlər: Nadejda Kozlova (Rusiya), Nurper Özbar (Türkiyə).
0