Natalya Məmmədova liderliyini bir daha sübut etdi
11.10.2011 - 18:11
Natalya Məmmədova liderliyini bir daha sübut etdi
Qadın voleybolçular arasında Qətərdə keçirilən klublararası dünya çempionatında “Rabitə” (Azərbaycan) – “Çanq” (Tailand) görüşünün bombardirinin adı açıqlanıb. Apasport.az saytının məlumatına görə, oyunda ən çox xalı Bakı klubunun kapitanı Natalya Məmmədova qazanıb. Hücumda 15 dəfə rəqibi cəzalandıran voleybolçumuz blokda 5 dəfə keçilməz olub.

Digər voleybolçularımız - Sanya Staroviç 18, Nataşa Osmokroviç 14, Nataşa Krsmanoviç 12, Mira Qoluboviç 7 və İrina Jukova 5 xal qazanıblar.

“Çanq”ın heyətində isə kapitan Vilavan Apinyaponq daha güclü olub. O, klubunun aktivinə 16 xal yazdırıb.

Qeyd edək ki, mundialda debüt edən “Rabitə” 3:1 hesabı ilə qələbə qazanıb.
0