UEFA yeni turnir təsis etməyi planlaşdırır. Apasport.az Britaniya mətbuatına istinadən xəbər verir ki, qitə futbol qurumu milli komandalar arasında Millətlər Liqası keçirməyi götür-qoy edir.
Sözügedən turnirin yığmalar arasında təşkil edilən beynəlxalq yoldaşlıq matçlarını əvəzləməsi müzakirə mövzusudur. Yarışın iki ildən bir keçirilməsi planlaşdırılır.
UEFA İcraiyyə Komitəsi bu ideyaya müsbət yanaşsa da, turnirin formatının necə olacağı bəlli deyil.
Avropa zonasına daxil olan ölkələrin 4 diviziona bölünəcəyi təxmin edilir. Yarımfinal və final matçlarının “Dördlər finalı” formatında neytral meydanda təşkili nəzərdə tutulub. Üstəlik, aşağı divizionlarda qalib gələn yığmaların Avropa çempionatına vəsiqə ilə mükafatlandırılması da nəzərdən keçirilir.
Millətlər Liqasının DÇ-2018-dən sonra təşkil ediləcəyi güman olunur.
UEFA-dan yenilik: Millətlər Liqası təsis edilir
26.03.2014 - 15:31
0
0