“Qarabağ” transfer çalışmalarını davam etdirir.
Apasport.az saytına verilən məlumata görə, Ağdam təmsilçisi əksər mövqelərə oyunçu axtarsa da, prioritet məsələ hücumçu tapmaqdır.
Saytımıza daxil olan məlumata görə, “Qarabağ”ın maraqlandığı forvardlardan biri də “Leyriya”da çıxış edən Xuan Munyozdur. Hazırda Portuqaliya II Liqasında oynayan 29 yaşlı hücumçunun indiki klubu ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdr.
O, 2024-cü ilin iyul ayından "Leyriya"da çıxış edir. “Sevilya”nın yetirməsi olan hücumçu “Zaraqoza”, “Levante”, “Almeriya”, “Alkorkon”, “Leqnaes”, “Zaqlembe Lubin” klublarında oynayıb.
- II Liqa: IX turun təyinatları müəyyənləşib
- Azərbaycan millisinin üzvü futboldan uzaqlaşdırılıb - Rəsmi
- "Turan Tovuz" akademiyasının məşqçiləri məktəblilərlə görüşüb
- Prezident: U-20 Dünya çempionatını Azərbaycanda və Özbəkistanda təşkil etmək ortaq tarixi nailiyyətdir
- Samir Abasov dörd oyunluq cəza alıb