La Liqa: “Barselona” turu qalib başa vurub
17.10.2026 - 23:53
La Liqa: “Barselona” turu qalib başa vurub

İspaniya La Liqasında IX turun oyunları davam edir.

Apasport.az xəbər verir ki, “Espanyol” doğma meydanda “Atletiko”nu qəbul edib.

Görüş qonaqların minimalhesablı qələbəsi ilə başa çatıb – 0:1.

Günün digər qarşılaşmasında “Vilyarreal” öz meydanında “Elçe” ilə heç-heçə edib. Tərəflər arasındakı görüşdə qapılara qol vurulmayıb – 0:0.

“Barselona” isə səfərdə “Betis”lə üz-üzə gəlib. Kataloniya təmsilçisi beş qol vurduğu matçda rəqibini 5:2 hesabı ilə məğlub edib.