“Yuventus” “Komo” ilə bacarmadı
30.11.2026 - 01:36
İtaliya A Seriyasında XIII turun oyunları davam edir.
Apasport.az xəbər verir ki, günün son matçı Komoda baş tutub.
Şəhərin eyniadlı komandası öz meydanında "Yuventus"la üz-üzə gəlib. Görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, "Komo" 29 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. Aktivində 21 xalı olan "qoca sinyora" isə 7-ci sıradadır.
0
0