Pantiçin bəyənmədiyi futbolçu “Bakı”ya qayıtdı
17.04.2014 - 15:21
Pantiçin bəyənmədiyi futbolçu “Bakı”ya qayıtdı

“Bakı”nın ispaniyalı futbolçusu Mario Rubio yenidən ölkəmizə qayıdıb. Apasport.az saytının əldə etdiyi məlumata görə, ispaniyalı yarımmüdafiəçi uzun müddətdən sonra müqavilə ilə məxsus olduğu komandanın düşərgəsinə dönüb.

 

Cari mövsüm qış fasiləsinə yaxın İstanbuldakı “Acıbadem” xəstəxanasında əməliyyat olunan ispaniyalı, sadəcə müqaviləsi mayda başa çatdığı üçün “Bakı”ya qayıtmalı olub. Ancaq Milinko Pantiçin sələfi Bojidar Bandoviçin kadrını oynatmaq fikri yoxdur. Çünki serbiyalı çalışdırıcı qış fasiləsindən sonra verdiyi açıqlamalardan birində onu komandadan göndərdiklərini bildirmişdi.

0