“İqtisadçı” üçləri qoşalaşdırdı
18.04.2014 - 16:26
“İqtisadçı” üçləri  qoşalaşdırdı

Qadın voleybolçular arasında Azərbaycan Super Liqasının bürünc mükafatçısı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, ölkə çempionatının üçüncüsü adına “İqtisadçı” klubu layiq görülüb.

 

Bülənt Karslıoğlunun çalışdırdığı “universitet komanda”sı bürünc medallar uğrunda hər 3 görüşdə “Azərreyl”dən güclü olub – 3:1, 3:0, 3:0. Onlar bununla da, ötən il qazandıqları gümüş medalı bu dəfə “bürünc”ə dəyişiblər.

 

Bu, “İqtisadçı”nın tarixinə 4-cü mükafat kimi düşüb. “Tələbələr”in buna qədər arxivində 2 bürünc (2010, 2011) və 1 gümüş (2012) medalları vardı.

 

Qeyd edək ki, Azərbaycan çempionatı 2008/2009 mövsümündən Super Liqa adlanıb və yarış yüksək səviyyədə keçirilməyə başlayıb. 

0