UEFA “Real”ın futbolçularını cərimələdi
04.04.2025 - 18:53
“Real Madrid” UEFA Çempionlar Liqasının son 16 turunda “Atletiko Madrid”i məğlub edərək adını 1/4 final mərhələsinə yazdırmışdı.
Apasport.az xəbər verir ki, matçın final fitindən sonra “kral klubu”nun 3 futbolçusu – Antonio Rüdiger, Dani Sebalyos və Kilian Mbappenin qələbə sevinci onlara baha başa gəlib.
UEFA görüşdən dərhal sonra 3 oyunçu haqqında da istindaq başlatmışdı.
Qurum Rüdigeri 40 min, Mbappeni 30 min, Sebalyosu isə 20 min avro dəyərində cərimələyib.
Qeyd edək ki, “Real” 1/4 final mərhələsində İngiltərənin “Arsenal” klubu ilə qarşılaşacaq.
- İstanbulda görünən şir “Qalatasaray”ın futbolçusunundur? – Özü açıqladı
- “Sabah”la oyun öncəsi “Barselona”da ciddi itki: Yamal Bakıya gəlmir
- “Benfika”nın oyununda faciə: Azarkeş həyatını itirdi
- “Fənərbaxça”nın Çempionlar Liqası matçı ona tapşırıldı
- Poçettino “Mançester Yunayted”də 100 illik antirekordu təkrarladı
0
0