Azərbaycan millisinin voleybolçuları Rumıniya kubokunun qalibi olublar
30.03.2025 - 16:12
Azərbaycan millisinin voleybolçuları Rumıniya kubokunun qalibi olublar

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin voleybolçuları Yelizaveta Ruban və Olena Xarçenko “Alba Blaj” klubu ilə, kişilərdən ibarət yığmamızın hücumçusu Andrey Melnikov isə “Korona Brasov” klubu ilə Rumıniya kubokunu qazanıblar.

Apasport.az xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyası məlumat yayıb.

Fnal matçında “Alba Blaj” klubu “CSO Voluntari”ni, “Korona Brasov” isə “Munisipal Zalau”nu 3:1 hesabı ilə məğlub edib.