Bülənt Karslıoğlu: Onlar olmasaydı, daha yaxşı nəticələr qazana bilərdik
19.04.2014 - 09:42
Bülənt Karslıoğlu: Onlar olmasaydı, daha yaxşı nəticələr qazana bilərdik

“Azərbaycan çalışdığım 3 ildə bu mövsümü çox uğurla başa vurduq”. Bunu apasport.az saytına açıqlamasında “İqtisadçı”nın baş məşqçisi Bülənt Karslıoğlu deyib.

 

Türkiyəli mütəxəssis Azərbaycan Super Liqasında bürünc medal almaları ilə bağlı fikirlərini açıqlayıb. O bildirib ki, ölkə çempionatı ilə yanaşı, Çempionlar Liqasında da pley-offa kimi yüksəlmələri klubun inkişafından xəbər verir: “Əgər zədəlilər və əskikliklər olmasaydı, daha yaxşı nəticələr qazana bilərdik. Bu mövsüm ilk dəfə qatıldığımız Çempionlar Liqasında yaxşı nəticələrə imza atdıq. Super Liqada 3-cü yeri tutmaq məni sevindirdi. Bürünc medal uğrunda görüşdə rəqibimiz “Azərreyl”ə bir oyunda belə uduzmadıq. Bu uğurlarda əməyi keçən hər bir kəsə, o cümlədən komandamızın prezidenti, texniki heyət və oyunçularıma təşəkkür edirəm. Ən əsası da Bakıda olduğum müddətdə mənə qəribçilik yaşatmayan, məni özlərindən biri kimi görən Voleybol Federasiyasına və bütün dostlarıma minnətdaram. İnanıram ki, “İqtisadçı” yeni mövsümdə də uğurlarını sıralayacaq və bütün azarkeşlərinə sevinc bəxş edəcək”.

 

Qeyd edək ki, artıq Karslıoğlu vətəni Türkiyəyə yollanıb.  

0