"Bugünkü oyun bir qədər fərqli oldu”.
Apasport.az xəbər verir ki, bu sözləri "Quba"nın baş məşqçisi Şəhriyar Əsgərov Azərbaycan Basketbol Liqasının XVIII turunda "Lənkəran"la matçdan sonra deyib.
Mütəxəssis komandasının 95:84 hesablı qələbəsini şərh edib:
“Gözlədiyimizdən ciddi müqavimətlə üzləşdik. "Lənkəran"ı göstərdikləri performansa, oyuna görə təbrik edirəm. Son oyunlarda komandamızın bir qədər fərqli oyun oynadığı nəzərə çarpırdı, xüsusilə də müdafiədə. Amma son qarşılaşmalarda bir sıra səbəblərə görə matçları uduzurduq, güclü rəqiblərlə qarşılaşırdıq. "Gəncə" və "Şəki" matçlarını nəzərdə tuturam. Hansı ki, o oyunları da uda bilərdik. "Lənkəran"a qarşı komanda kimi oynadıq. Əsasən müdafiədə işlədik. Buna baxmayaraq, rəqib ciddi müqavimət göstərdi. Komandamız isə sonda sözünü dedi və qələbə qazandıq”.
Qeyd edək ki, “Quba” 23 xalla turnir cədvəlində beşinci pillədə qərarlaşıb.
- “Əvvəl diplom, sonra milyonlar” – NBA əfsanəsindən övladlarına şərt
- Alperendən 19 xal, "Hyuston"dan növbəti qələbə – NBA-da günün nəticələri
- “Neftçi” Yunanıstan klubuna qalib gəldi - YENİLƏNİB
- Azərbaycan millisi Avropa çempionatına ağır məğlubiyyətlə başladı
- ÇL: “Sabah” “Trabzonspor”a qalib gəldi - YENİLƏNİB