Rəcəbov heç-heçə etdi, Məmmədyarov uduzdu, Karlsendən ilk heç-heçə
22.04.2014 - 20:09
Rəcəbov heç-heçə etdi, Məmmədyarov uduzdu, Karlsendən ilk heç-heçə

Mərhum qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş “Shamkir Chess-2014” turnirində bu gün növbəti turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, III turda Azərbaycan şahmatçıları - Şəhriyar Məmmədyarovla Teymur Rəcəbov ciddi sınaqla üzləşiblər.

 

Belə ki, Məmmədyarov son 2 pilləyə şərik olduğu Hikaru Nakamura ilə üz-üzə gəlib. Qara fiqurlarla oynayan həmyerlimiz məğlub olaraq axırıncı pilləyə enib.

 

Rəcəbov ağ fiqurlarla Fabiano Karuananı sınağa çəkib. Bu görüş heç-heçə ilə nəticələnib.

 

Şəmkirdə məğlubedilməz dünya çempionu Maqnus Karlsenin rəqibi isə Sergey Karyakin olub. İlk II turda qələbə qazanan Karlsen bu dəfə bərabərliklə kifayətlənməli olub.

 

22 aprel

III tur

Hikaru Nakamura (ABŞ) - Şəhriyar Məmmədyarov (Azərbaycan) - 1:0

Sergey Karyakin (Ukrayna) - Maqnus Karlsen (Norveç) - 0,5:0,5

Teymur Rəcəbov (Azərbaycan) - Fabiano Karuana (İtaliya) - 0,5:0,5

 

Turnir cədvəli: Karlsen – 2,5 xal; Karyakin, Rəcəbov, Karuana, Nakamura – 1,5 xal;  Məmmədyarov,  – 0,5 xal.

0