PSJ-nin çempionluğuna 3 xal qaldı
23.04.2014 - 23:52
PSJ-nin çempionluğuna 3 xal qaldı

 

“Pari Sen-Jermen” futbol klubu Fransa çempionatının 34-cü turu çərçivəsində “Evian”ı qəbul edib. Apasport.az saytının məlumatına görə, Paris klubu Blez Matyudinin 89-cü dəqiqədə vurduğu yeganə qol sayəsində qalib gəlib.

 

Bu qələbədən sonra PSJ çempionluğa bir addım da yaxınlaşıb. Parislilərin ikinci dəfə dalbadal çempion olması üçün qalan 4 görüşdə 3 xal toplaması kifayət edir.

 

 

Fransa çempionatı

34-cü tur

 

PSJ – “Evian” - 1:0

Qol: Matyudi, 89

 

Qırmızı vərəqə: Abdulla (“Evian”), 61

 

“Tuluza” – “Lion” - 0:0

 

 

0