Martines “Araz”a qarşı oynayacaq?
24.04.2014 - 16:30
Martines “Araz”a qarşı oynayacaq?

Futzal üzrə UEFA Kubokunun “Dördlər finalı”nın yarımfinalında “Araz”ın rəqibi olan “Barselona” bu gün daha bir oyunçusunun xidmətindən yararlanmaya bilər. Apasport.az saytının məlumatına görə, orta sahə oyunçusu Serxio Losano Martines zədəlidir.

 

2011-ci ildən “Barselona”nın şərəfini qoruyan İspaniya yığmasının üzvünün meydana çıxması sual altındadır. Düzdür, Serxionun özü oynamaq istəyir. Ancaq məşqçilər heyəti onun zədəsini daha da ağırlaşdıracağından qorxur. Ona görə də ola bilər ki, “Barselona” 25 yaşlı oyunçunun xidmətindən “Dördlər finalı”nın ikinci görüşündə yararlansın.

 

Qeyd edək ki, “Barselona” uzun müddətli zədə aldığı üçün braziliyalı müdafiəçisi Ari Santosu Bakıya gətirməyib.    

0