Qadın voleybolçular arasında İtaliya A seriyasının və ölkə kubokunun qalibi “Pyaçentsa” gözlənilməz qərarı ilə diqqət mərkəzinə düşüb. Apasport.az saytının məlumatına görə, son mövsümdə “İqtisadçı”ya da öz gücünü göstərən komanda Çempionlar Liqasında və ölkə çempionatında oynamayacağını açıqlayıb.
“Pyaçentsa” rəhbərliyi bunu maliyyə problemi ilə əlaqələndirib. Rəsmilər bildirib ki, komandanın bundan başqa çıxış yolu yoxdur və qərarı məcburiyyətdən veriblər.
Qeyd edək ki, son 2 ildə çempionluğu və kuboku, həmçinin 1 dəfə Superkuboku qazanan “Pyaçentsa”nın qərarı bütün azarkeşlərini şoka salıb.