[b]“Komandamız ilk dəqiqələrdən hücuma atılmalıdır”[/b] - MÜSAHİBƏ
24.07.2014 - 12:56
[b]“Komandamız ilk dəqiqələrdən hücuma atılmalıdır”[/b] - MÜSAHİBƏ

“Elfsborq”un əlil baş məşqçisi Klas İnqensson yerli mətbuata müsahibə verib. Apasport.az saytının məlumatına görə, Bakıya gələ bilməyən mütəxəssis bu gün baş tutacaq “İnter”lə oyundan danışıb.

 

- Avroliqanın II təsnifat mərhələsində Bakıda “İnter”lə qarşılaşacaqsınız. Bu oyun haqqında nə deyə bilərsiniz?

- Şanslarımız tamamilə itməyib. İnanıram ki, qələbə qazanmaq üçün komandam hər şeyi edəcək. Mərhələ adlaya bilərik. Özümüzə gəlib qələbə üçün meydana çıxmalıyıq. Azərbaycana gedə bilmədim. Amma orada olan məşqçilərlə mütəmadi olaraq əlaqə saxlayıram.

 

- Doğma meydanda məğlub olmağınız sizə çətinlik yaradacaq…

- Əlbəttə. Biz öz meydanımızda uduzmamalı idik. Razıyam ki, son oyunlarda komandamda eniş oldu. Bu özünü Avroliqada da göstərir. Bu sindrormu qırmaq lazımdır. Futbolçularıma güvənirəm və Bakıdan yaxşı nəticə ilə dönəcəklərinə ümid edirəm. 1:0 elə də böyük hesab deyil. Rəqib ilk oyunda daha çox qol vura bilərdi. O zaman işimiz çox çətin olacaqdı.

 

- Rəqib haqqında fikirləriniz necədir? Sizcə, onlar evə necə oynayacaqlar?

- Düşünürəm ki, rəqib müdafiədən oynayacaq. Onsuz da “İnter”in üslubu müdafiədən daha yaxşı oynamağa imkan verir. Bizim üçün çox çətin olacaq. Amma hər şey mümkündür. Rəqibin doğma meydanda və öz azarkeşləri qarşısında oynaması da onlar üçün üstünlükdür.

 

- “Elfsborq” ilk dəqiqələrdən hücum etmək haqqında düşünür?

- Biz məşqlərdə bunun üzərində çox işləmişik. Bəli, komandam ilk dəqiqələrdən hücuma atılmalıdır. Bir qol vurduqdan sonra bizə daha asan olacağını fikirləşirəm. Rəqibə təzyiq etmək lazımdır. Bəlkə bu bizə kömək etdi. İlk oyunda da qol vurmaq üçün imkanlarımız oldu. Amma biz onları sağa sola xərclədik. Bugünkü oyunda isə əksini etməliyik.

 

- Şanslarınızı neçə faiz dəyərləndirirsiniz?

- O qədər də çox deyil. Amma şanslarımızı tam itirməmişik. Müdafiədə inamlı oynamalıyıq. Hücum atılmaq lazımdır. Amma arxa xətti yaddan çıxarmamalıyıq. Yoxsa bu bizə baha başa gələ bilər. İlk oyunda komandamın özünəinamı yox idi. İndi biz bunu aradan qaldırmalıyıq. Özümüzə güvənməliyik.

.

 

 

 

 

 

 

0