“Qarabağ”ın 3 braziliyalısı ən yaxşılar arasında
31.07.2014 - 12:28
“Qarabağ”ın 3 braziliyalısı ən yaxşılar arasında

Çempionlar Liqasının bombardirlərinin siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, III təsnifat mərhələsinin ilk oyunlarından sonra cədvələ Çexiyanın “Sparta” klubunun futbolçusu David Lafata başçılıq edir. Onun hesabında 8 qol var.

 

Üç futbolçu - Danko Lazoviç (“Partizan”, Serbiya), Miroslav Lazoviç (“Legiya”, Polşa) və Levi Hanssen (HB “Torshavn”, Farer adaları) hərəyə 3 dəfə fərqləniblər. Onlar 2-4-cü yerləri bölüşürlər.

 

Növbəti 14 yerdə isə hərəyə 2 qol vuran oyunçular qərarlaşıb. 5-18-ci yerlərin şərikləri sırasında Azərbaycan çempionu “Qarabağ”ın da üç üzvü var. Bunlar braziliyalılar Çumbinyo, Danilo Dias və Reynaldodur. Sonuncu ikisi son qolunu Avstriya “Zalsburq”u ilə matçda fərqlənməklə Çumbinyo və digərlərinə çatıblar.

 

 

 

 

0