[b]Marko Nikoliç: Əminəm ki, eyni qonaqpərvərliyə Bakıda da rast gələcəyik - MÜSAHİBƏ[/b]
27.08.2014 - 20:12
[b]Marko Nikoliç: Əminəm ki, eyni qonaqpərvərliyə Bakıda da rast gələcəyik - MÜSAHİBƏ[/b]


Serbiyanın “Partizan” klubunun baş məşqçisi Marko Nikoliç “Neftçi” ilə Avroliqanın pley-off mərhələsinin Bakıda keçiriləcək cavab qarşılaşması öncəsi mətbuat konfransı keçirib. Apasport.az saytının məlumatına görə, 35 yaşlı çalışdırıcı azərbaycanlı jurnalistlərin suallarını cavablandırıb.

- Tıxaca görə bəzi problemlə üzləşdik. Oyunçularımız məşqə gec gəlməli oldu. Ötən dəfə də müsahibələrimdə demişdim ki, hər iki komanda qrupa düşmək istəyir. Azərbaycana bir daha gəldik. İstər-istəməz hava şəraiti bizə təsir edir. Hər iki komanda bir-birini yaxşı tanıyır. Havaların isti olması atmosferdən asılıdır. Azarkeşlərimizin az olması futbolçularımıza təsir edəcək. Amma öz oyunçularımıza inanıram. Əminəm ki, futbol mübarizəsi şəraitində oyun keçəcək. Havaya uyğunlaşmaq üçün məşqçilərimiz bir gün ərzində əlindən gələni edəcək. Bunun üçün mükəmməl konsentrasiya lazımdır. İlk oyundakı kimi başlanğıcda səhv etməməyə çalışacağıq. İrəli atılmaq şanslarımız olacaq. Hamı bir nəfər kimi həyəcansız oynamağa çalışacaq.

- Bakıda sizi daha çox meydançanın durumu, yoxsa şəhərin gözəlliyi təəccübləndirdi?
 

- Bizim şəhəri gəzməyə kifayət qədər vaxtımız olmadı. Amma şəhərin özü müasir şəhərdir. İnsanlara təşəkkür edirəm ki, belə şəhəri qoruyub saxlayıb. Meydançanı isə hələ ki görməmişik. Çünki “Neftçi” hazırda məşq edir.

- Serbiya mətbuatında “Partizan”ın maliyyə məngənəsində sıxıldığı bildirilirdi. Amma dalbadal qələbələri sıralayırsınız. Üstəlik, bura çarter reysi ilə gəldiniz. Belə çıxır ki, bunlar yalan imiş...
 

- Bizim elə bir maliyyə problemimiz olmayıb. “Neftçi”yə görə belə uydurma informasiya yaymamışıq.

- Bakıya gəlməzdən öncə demişdiniz ki, burdan qələbə ilə qayıdacaqsınız. Bu özünəəminlik nədən irəli gəlir?
 

- “Neftçi” çox gözəl komandadır. Komandanın hücumda Julius Vobay, Flavinyo kimi oyunçuları var. Bilirik ki, Karlos Kardoso cəzasını başa vuraraq geri qayıdıb. Bizə çox da asan olmayacaq. Amma öz oyunçularımı inanıram.

- Hesabda 0:2 geridə olarkən ən çox sizi nə düşündürürdü?
 

- Həmin an öz oyunçularıma inanırdım.

- “Neftçi” 2 il öncə “Partizan”la qarşılaşarkən Aleksandar Mitroviç və Nikola Ninkoviçlə Saşa Stamenkoviç arasında dava düşmüşdü. Ninkoviç yenə komandadadır. Ötən həftə “Neftçi” ilə matçda da azarkeşləri ilə problem yaşayan Ninkoviçin dava salmayacağına zəmanət verirsiniz?
 

- Stamenkoviç Belqrada gəldiyi zaman yaxşı qarşılanmışdı. Əminəm ki, bizim oyunçular da burda problemlə üzləşməyəcək və eyni qonaqpərvərliyə rast gələcəyik. Hər hansısa bir qalmaqalın yaşanacağına inanmıram.

Səbuhi TOFİQOĞLU

0