Artyom Dzyuba millimizə qarşı forma geyinəcək
01.09.2014 - 19:40
Artyom Dzyuba millimizə qarşı forma geyinəcək

Sentyabrın 3-də Moskvada millimizlə yoldaşlıq görüşündə qarşılaşacaq Rusiya yığmasının heyətində zədəli olan Artyom Dzyuba komandamıza qarşı forma geyinə bilər. Apasport.az saytının məlumatına görə, “Spartak”ın hücumçusunun zədəsi sözügedən matça qədər sağalacağı gözlənilir.

 

Komandanın həkimi bildirir ki, Dzyuba Azərbaycan və Lixtenşteynlə qarşılaşmada forma geyinəcək.

 

Qeyd edək ki, “Arena Ximki”də keçiriləcək Rusiya – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Görüşü özbəkistanlı referi Rövşən İrmatov idarə edəcək. 

0