“Bizi Azərbaycan və Ukraynaya uzaq səfərlər gözləyir”
15.09.2014 - 19:23
“Bizi Azərbaycan və Ukraynaya uzaq səfərlər gözləyir”

"Çətin qrupa düşdüyümüzə tam əmin deyiləm”. Apasport.az saytının məlumatına görə, bu sözləri "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Sent-Etyen"in prezidenti Bernard Kayazzo deyib.

 

Yerli mətbuata danışan klub rəhbəri sentyabrın 18-də Bakıda təmsilçimizlə qarşılaşmadan öncə fikirlərini bildirib: “Asan heç bir şey yoxdur. çətinlik olduqda, sən daha çox şey öyrənməyə çalışırsan. Bunun üçün də asan yol axtarmayın. "San Siro" stadionunda meydana çıxmaq əla hissdir. Həmçinin bizi Azərbaycan və Ukraynaya uzaq səfərlər gözləyir. Hər bir oyun maraqlı olacaq".

 

Qeyd edək ki, “Qarabağ” - "Sent-Etyen" oyununu Şotlandiyadan olan hakimlər idarə edəcək. Görüşün baş hakimi Steven Maklin olacaq.

 

0