[b]“Xəzər Lənkəran” doğma şəhərə bir gün gec gedəcək[/b]
15.09.2014 - 21:01
[b]“Xəzər Lənkəran” doğma şəhərə bir gün gec gedəcək[/b]

Premyer Liqanın debütantı “Araz Naxçıvan”nı sentyabrın 20-də “Fırtınalar meydanı”nda qəbul edəcək “Xəzər Lənkəran” doğma şəhərə bir gün gec qayıdacaq. Apasport.az saytının məlumatına görə, cənublular Lənkərana sentyabrın 16-da gedəcək.

 

Beləliklə, sabah günün ikinci yarısında doğma şəhərə çatdıqdan sonra özünün baza-otelində məskunlaşacaq komanda axşam saatlarında stadionun yardımçı meydançasında məşqə çıxacaq.

 

Qeyd edək ki, Cənub klubu Lənkərana bu gün səhər saatlarında yollanacaqdı.

 

 

Mənbə: 12cioyuncu.info

0