“İnter”də qayıdış vaxtı dəqiqləşdi
16.09.2014 - 16:01
“İnter”də qayıdış vaxtı dəqiqləşdi

“İnter”in paraqvaylı hücumçusu Sezar Meza Kollinin  nə vaxt yaşıl meydanlara dönəcəyi bəlli olub. Apasport.az xəbər verir ki, futbolçu noyabr ayının əvvəlində komanda ilə birgə məşqlərə qatılacaq.

 

Bu barədə saytımıza futbolçunun özü məlumat verib. O bildirib ki, hazırda fərdi məşqlər edir və oktyabrın sonunda heyətə dönəcək: “Hazırda fərdi məşqlər edirəm. Heyətə noyabrın əvvəli dönəcəm. Həmin vaxtdan sonra komanda ilə birlikdə məşqlər edəcəm. Çox istəyirəm ki, yenidən “İnter”lə matçlara çıxım”.

0