Millinin futbolularından maraqlı addım
29.09.2014 - 23:31
Millinin futbolularından maraqlı addım

Futbol üzrə Macarıstan millisinin oyunçuları maraqlı addım atıb. Apasport.az saytının məlumatına görə, AVRO-2016-nın seçmə mərhələsinin ilk matçında evdə gözlənilmədən Şimali İrlandiyaya uduzan komandanın üzvləri azarkeşlərin könlünü almaq qərarına gəliblər.

 

Oktyabrın 11-də səfərdə Rumıniya ilə qarşılacaq macarlar fanatlar üçün 1200 bilet sifariş verib. Biletlərin pulunu isə futbolçular öz ciblərindən ödəməyi qərara alıblar.

 

Qeyd edək ki, Rumıniya - Macarıstan matçı üçün 1200 biletin qiyməti 5800 avro dəyərindədir. Azarkeşlərə sifariş verilən biletə görə, hər futbolçu 322 avro xərcə düşməli olacaq. 

0