Zlatan Vanev Azərbaycanda işini davam etdirəcək
22.10.2014 - 09:34
Zlatan Vanev Azərbaycanda işini davam etdirəcək

Azərbaycan Ağır Atletika Federasiyası yığmamızın sabiq baş məşqçisi Zlatan Vanevlə yollarını ayırmayıb. Apasport.az saytının məlumatına görə, bolqarıstanlı mütəxəssis ölkəmizdə işini davam etdirəcək.

 

Belə ki, Vanev millidə yox, klubda çalışacaq. Bolqarıstan mətbuatının yazdığına görə, onun qarşısına ehtiyat qüvvə yetişdirmək və cəzalı idmançıların formasını qorumaq tapşırığı qoyulub.

 

Qeyd edək ki, dopinq qalmaqalında birbaşa məsuliyyət daşıyan Vanevin istefaya göndərilməsi, macarıstanlı Tomaş Feherin onu əvəzlənməsi barədə hələ rəsmi açıqlama da yoxdu.  

0