[b]Robert Prosineçki təsdiqlədi: Yeni danışıqlar ola bilər[/b]
31.10.2014 - 17:16
[b]Robert Prosineçki təsdiqlədi: Yeni danışıqlar ola bilər[/b]

“Bu günlərdə Fransada Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının nümayəndələri ilə görüşmüşəm. Onlarla müəyyən danışıqlarımız oldu”. Apasport.az xəbər verir ki, bu sözləri Serbiya mətbuatına açıqlamasında xorvatiyalı məşqçi Robert Prosineçki deyib.

 

O, Azərbaycan millisinə baş məşqçi təyin olunacağı ilə bağlı iddialara cavab verib: “Mənimlə görüşən səlahiyyətli şəxslər Azərbaycan millisinin baş məşqçi postuna namizədlərdən biri olduğumu dedilər. Bu yalnız bir görüş idi. Ətraflı heç bir şey danışmadıq. Xorvatiya mətbuatında çıxan xəbərlər hamısı isə yalandı. Heç bir razılıq əldə olunmayıb. Azərbaycan Futbol Federasiyaları Assosiasiyası da heç bir öhdəlik götürmədi. Yaxın gələcəkdə yeni danışıqlar ola bilər. Ondan sonra sizə hər hansı açıqlama verə bilərik. Səhv etmirəmsə, azərbaycanlılar məndən başqa məşqçilərlə də görüşüblər. Əgər seçim mən olsam, hamınız biləcəksiniz”.

 

 

 

 

 

0