"Araz" turniri xalsız tərk etdi
21.11.2014 - 22:21
"Araz" turniri xalsız tərk etdi

Bu gün futzal üzrə UEFA kubokunun elit-raundunda növbəti oyunlar keçirilir. Apasport.az saytının məlumatına görə, Avropanın 16 ən güclü klubu “Dördlər finalı”na vəsiqə uğrunda B qrupunun son matçı baş tutub.

 

Çexiyada təşkil olunan turnirdə təmsilçimiz “Araz” III qarşılaşmasına çıxıb. Qrupda hər iki görüşü uduzan və növbəti mərhələyə adlama şansını itirən komandamız meydan sahibləri “Xrudim”lə üz-üzə gəlib. Matçda Naxçıvan klubu böyükhesabla məğlub olub. Oyun çexiyalıların 6:0 hesablı qələbəsilə yekunlaşıb.

 

Qrupun digər oyununda lider “Dila” “Slov-Marik”i sınağa çəkib. Moskva təmsilçisi rəqibinə qalib gəlməyi bacarıb - 4:1.

 

Beləliklə, 3 oyundan 9 xal toplayan “Dila” adını növbəti mərhələyə yazdırıb. 6 xalı olan “Xrudim” 2-ci, 3 xalla “Slov-Marik” 3-cü sırada qərarlaşıb. Bütün görüşlərdə uduznan “Araz” isə turniri xalsız tərk edib.

 

Qeyd edək ki, “Araz” “Slov-Marik”ə 3:4, “Dina”ya isə 4:5 hesabı ilə məğlub olub. 

 

 

UEFA kuboku

Elit-raund

III tur, B qrupu

“ARAZ” (AZƏRBAYCAN) - “Xrudim” (ÇEXİYA) - 0:6

Qollar: Alvarito, 4, Reşetar, 7, Slovaçek, 16, Mareş, 24, Taverna, 33, Felipe Deyvisson, 38

 

 

1

Dina

3

3

0

0

12

5

7

9

2

Xrudim

3

2

0

1

8

4

4

6

3

Slov-Marik

3

1

0

2

6

9

-3

3

4

Araz

3

0

0

3

7

15

-8

0

0