[b]George Çixradze qələbədən danışdı[/b]
23.11.2014 - 19:43
[b]George Çixradze qələbədən danışdı[/b]

“Oyun çox maraqlı alındı. Hər iki komanda qalib gəlmək istəyirdi”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Simurq”un baş məşqçisi George Çixradze deyib.

 

Gürcüstanlı çalışdırıcı bu gün Topaz Premyer Liqasının XIII turunda səfərdə “Qəbələ”yə 2:3 hesabı ilə qalib gəlməsindən danışıb: “Komandalar çox sayda qol epizodu yaratdı. Bu gün bizim komandamız mübarizə apardı, qalib gəlməyə çalışdı. Düşünürəm ki, “Simurq” layiq olduğu qələbəni əldə etdi. Azarkeşlərin də bu oyundan razı qalacağını təxmin edirəm. Son 3 oyunda rəqibi qarşılamağa çalışır və qapıya zərbələr endirmək üçün çalışırıq. Bu gün də eyni işi gördük və 3 qol vurduq. Komandamı oyuna necə hazırladığımı danışsam, bəlkə də sizin üçün maraqsız olar. Əsas məsələ komandanı oyuna yaxşı hazırlamaq və rəqibin zəif nöqtələrini tapmaqdır”.(pfl)

0