Şakir Qəribov: Məşqçilər Komitəsi çoxdan yaradılmalı idi
19.12.2014 - 18:30
Şakir Qəribov: Məşqçilər Komitəsi çoxdan yaradılmalı idi

“Məşqçilər Komitəsinə beşinci üzv qəbul olunduğuma görə şadam. Komitədəki digər 4 nəfəri çoxdan tanıyıram. Hamısı mənim namizədliyimi irəli sürdü”. Bu sözləri apasport.az saytına açıqlamasında Şakir Qəribov deyib.

 

Məşqçilər Komitəsinin 5-ci üzvü təyin olunan Qəribov bununla bağlı fikirlərini bölüşüb.

 

O bildirib ki, yeni yaradılan komitənin Azərbaycan futboluna xeyir verəcək: “Bu komitənin futbolumuza xeyri çox olacaq. Əvvəllər də var idi, onda Məşqçilər Şurası adlanırdı. İndi isə Məşqçilər Komitəsi adlanır və bu komitə rəsmi xarakter daşıyır. Komitə üzvləri bütün milli komandalarda gedən işlərlə, hazırlıq və məşq prosesləri ilə yaxından maraqlanıb, nəzarət edəcək. Yaxşı qurumdu. Çoxdan yaradılmalı idi, amma indi də gec deyil”.

 

Qəribov komitəyə üzv seçilməsində vaxtilə millidə işləməsinin də rol oynadığını qeyd edib: “Komitə üzvlərinin hamısı vaxtilə yığmada çalışıb. Buna görə də, İcraiyyə Komitəsi məhz bizi yığıb. Üstəlik, təcrübə və məşqçilik kateqoriyası da nəzərə alınıb”. 

 

0