[b]“Məqsədimiz medallara oynamaqdı” – Vəli Qasımov[/b]
06.08.2016 - 20:04
[b]“Məqsədimiz medallara oynamaqdı” – Vəli Qasımov[/b]

“Məqsədimiz medallara oynamaqdı”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin baş məşqçisi Vəli Qasımov deyib.

 

Topaz Premyer Liqasının 2016/17 mövsümünün ilk turunun açılış matçında səfərdə AZAL-la qarşılaşan “ağ-qaralar” 2:0 hesablı qələbəyə seviniblər.

 

Matç bitəndən sonra “CBC Sport” kanalına açıqlama verən mütəxəssis oyunu belə dəyərləndirib: “Heyətimiz hələ tam komplektləşməyib. Çalışırıq ki, yeni oyunçular cəlb edək. Zədəlilərimiz də var. Üç əsas oyunçumuz bizə kömək edə bilmirdi. Bu gün də bir oyunçumuz xəsarət aldı. Ehtiyatdan oyunda daxil olan futbolçular da sağ olsunlar, komandaya qələbədə çox kömək oldular. Jaironun epizodunu görmədim. Əgər qırmızı vərəqə vermək lazım idisə, düz edib veriblər. Birinci oyunlar çox vacibdi, qələbə qazanmaq istəyirik. Ancaq belə cəzalar çox pisdi. Zədələrlə yanaşı cəzanın da olması bizim işimizə mane olur”.

0