Reşford üçün Fransadan müştəri
25.11.2024 - 23:52
"Mançester Yunayted"in futbolçusu Markus Reşford komandanı tərk edə bilər.
Apasport.az xəbər verir ki, o, karyerasını Fransada davam etdirməyə yaxındır.
Hücumçunun xidmətində PSJ maraqlıdır. Parislilərin baş məşqçisi Luis Enrike ingiltərəlini şəxsən komandasında görmək istəyir.
Bildirilir ki, fransalılar forvard üçün qışda rəsmi təklif göndərəcək.
Qeyd edək ki, Reşford "Mançester Yunayted"in yetirməsidir.
0
0