9 Sentyabr 23:34 Millimiz Rioda ilk “qızıl”ı qazandı
Rio-2016 xəbərləri 9 Sentyabr 23:34
3760 baxış

Millimiz Rioda ilk “qızıl”ı qazandı

Rio-2016 Paralimpiya oyunlarında Azərbaycan millisi ilk qızıl medalını qazanıb. Apasport.az saytının məlumatına görə, cüdoçumuz Ramil Qasımov (73 kq) mötəbər turniri qələbə ilə başa vurub.

 

Yarışa 1/4 final mərhələsindən başlayan təmsilçimiz ilk olaraq kubalı Cerardo Rodrigezi məğlub edib. Yarımfinalda alman Nikolay Kornhassı yolundan kənarlaşdıran idmançımız qızıl medal uğrunda ukraynalı Dmitro Soloveylə üz-üzə gəlib.

 

Rəqibini ipponla məğlub edən Qasımov Paralimpiya Oyunlarında millimizə ilk qızıl medalını qazandırıb.

 

Qeyd edək ki, yarışların ilk günündə daha bir cüdoçu Bayram Mustafayev mübarizəni "gümüş"lə başa vurmuşdu.

Xəbər lenti