Beynəlxalq dərəcəli ilk azərbaycanlı qadın hakim
05.02.2009 - 18:42
Azərbaycanın şahmat üzrə beynəlxalq dərəcəli ilk qadın hakimi Ülkər Umudova olacaq. Bu haqda apasport.az Azərbaycan Şahmat Federasiyasının mətbuat katibi Tural Baxışov məlumat verib. Onun sözlərinə görə, hazırda FİDE hakimi funksiyasını yerinə yetirən Umudova beynəlxalq dərəcə almaq üçün normativi yerinə yetirib.
Artıq lazımi sənədlər FİDE-yə təqdim edilib. Umudovanın beynəlxalq dərəcəli hakim olması isə yaxın aylarda rəsmiləşəcək. Bu dərəcə həmyerlimizə FİDE-nin növbəti konqresində veriləcək.
Qeyd edək ki, indi ölkəmizdə 8 beynəlxalq dərəcəli və 4 FİDE hakimi var.

- Əhməddin Rəcəblinin 80 illik yubileyi qeyd olunub
- Dövlət qurumlarının əməkdaşları arasında kamandan oxatma yarışı keçirilib - FOTO
- Yığma komandalarımız Gədəbəydə təlim-məşq toplanışında iştirak edəcək - FOTO
- Trek velosipedi üzrə Azərbaycan çempionatı keçirilib
- Beynəlxalq Padel Kuboku start götürüb - FOTO
0
0