“Leypsiq”in futbolçusu “Liverpul”un radarında
07.03.2026 - 13:12
"Leypsiq"in futbolçusu Yan Diomande karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Apasport.az xəbər verir ki, "Liverpul" Fil Dişi Sahili milli komandasının üzvünü transfer etmək istəyir.
Bu barədə "Sky Sports" məlumat yayıb.
Almaniya klubu Diomandenin qiymətini müəyyənləşdirib. Onlar 19 yaşlı vinger üçün 100 milyon avro tələb edirlər.
Qeyd edək ki, "Leypsiq" Yan Diomandeni mövsümün əvvəlində "Leqanes"dən 20 milyon avroya transfer edib. Gənc futbolçu Bundesliqa təmsilçisinin heyətində meydana çıxdığı 26 rəsmi matçda 10 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
- Paraqvayda tarixi qələbəyə xüsusi qərar - 30 iyun rəsmi tətil elan edildi
- Noyerdən vida - Almaniya millisində son matçına çıxdı
- Naqelsmann istefa barədə düşünmür - “Bir yerə qaçan deyiləm”
- Maurisio: “Meydanda ölməyə hazır idik” - Paraqvaylı futbolçudan açıqlama
- Orlando Hill şou göstərdi - Almaniya ilə oyunun ən yaxşısı seçildi
0
0