Trent Aleksander-Arnold “Real Madrid”dən ayrılacaq?
14.11.2026 - 14:54
Trent Aleksander-Arnold “Real Madrid”dən ayrılacaq?

“Real Madrid”in müdafiəçisi Trent Aleksander-Arnoldun qış transfer pəncərəsində komandadan ayrılacağı ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirilib.

Apasport.az xəbər verir ki, tanınmış insayder Fabritsio Romano ingiltərəli futbolçunun “Liverpul”a qayıdacağı barədə iddiaları təkzib edib.

Onun sözlərinə görə, 28 yaşlı müdafiəçinin sabiq klubuna qayıtması gündəmdə deyil. “Liverpul” rəhbərliyi ilə futbolçunun nümayəndələri arasında hər hansı əlaqə və ya rəsmi danışıqlar olmayıb.

Bildirilir ki, Aleksander-Arnold hazırda bütün diqqətini “Real Madrid”dəki çıxışına yönəldib.

Qeyd edək ki, “Liverpul”un yetirməsi olan Trent Aleksander-Arnold 2025-ci ilin yayında Madrid təmsilçisinə keçib.