UEFA Millətlər Liqasında Fransa və Türkiyə milli komandaları arasında keçiriləcək qarşılaşmanın baş hakimi müəyyənləşib.
Apasport.az xəbər verir ki, A Liqasının 1-ci qrupunda baş tutacaq görüşü İngiltərədən olan FIFA referisi Kris Kavana idarə edəcək.
Noyabrın 15-də keçiriləcək qarşılaşma Fransanın Bordo şəhərində yerləşən “Matmut Atlantik” stadionunda təşkil olunacaq. Matç Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
Komandalar qrup mərhələsində beş oyun keçiriblər. Fransa millisi 10 xalla ikinci pillədə qərarlaşıb. Eyni xala malik İtaliya top fərqinə görə liderdir. Belçika 9 xalla üçüncü, indiyədək xal qazana bilməyən Türkiyə isə sonuncu – dördüncü sıradadır.
Qeyd edək ki, Türkiyə yığması ötən tur doğma meydanda Belçikaya 1:2 hesabı ilə uduzub. Fransa isə səfərdə İtaliyaya 1:3 hesabı ilə məğlub olub. Komandalar arasında ilk görüş fransızların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.