Yenə heç-heçə
06.06.2018 - 09:00
Yenə heç-heçə

Norveçin Stavanqer şəhərində “Altibox Norway Chess” superturniri davam edir. Apasport.az saytının məlumatına görə, VII oyun günündə azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov Uesli So ilə üz-üzə gəlib.

 

Təmsilçimiz amerikalı rəqibinə qarşı ağ fiqurlarla oynayıb və yenə heç-heçə ilə kifayətlənib.

 

Məmmədyarov VIII turda Maqnus Karlsenlə qarşılaşacaq.

 

“Altibox Norway Chess” superturniri

VII tur

Şəhriyar Məmmədyarov (Azərbaycan) – Uesli So (ABŞ) – 0,5:0,5

Sergey Karyakin (Rusiya) - Levon Aronyan (Ermənistan) - 0,5:0,5

Fabiano Karuana (ABŞ) – Hikaru Nakamura (ABŞ) - 0,5:0,5

Maksim Vaşye-Laqrav (Fransa) – Vişvanatan Anand (Hindistan) – 0:1

 

Turnir cədvəli: Karlsen, Aronyan, So, Anand – 3,5 xal; Karyakin, Məmmədyarov, Karuana, Nakamura – 3; Vaşye-Laqrav – 2.

0