Ağırlıqqaldırma üzrə yığma komandamızın üzvləri İsa Rüstəmov və Dadaş Dadaşbəyli Gürcüstanda keçirilmiş "Kakhi Cup 2025" beynəlxalq turnirində iştirak ediblər.
Apasport.az xəbər verir ki, təmsilçimiz İsa Rüstəmov toplamda 321 kq (145+176) nəticə ilə yarışın bürünc medalını qazanıb.
Digər atletimiz Dadaş Dadaşbəyli isə toplamda 392 kq (184+208) nəticə ilə 6-cı olub.
Qeyd edək ki, turnirin nəticələri sinkler cədvəli ilə hesablanır və burada ilk 6 yeri tutan idmançılar medallarla təltif olunur. Məlumat üçün deyək ki, beynəlxalq turnirdə Avropa və dünyanın ən güclü atletlərindən sayılan türkiyəli Yusuf Genç və Kaan Kahriman kimi idmançılar da mübarizə aparıblar.
- Almaniyalı mütəxəssis Azərbaycanın atletika məşqçiləri üçün seminar keçib
- Fəxrəddin Allahverdiyev Avropa birinciliyində 3 gümüş medal qazanıb
- Təmsilçimiz Avropa birinciliyində bürünc medal qazanıb
- Musab Məmmədtağıyev Avropa birinciliyində 3 qızıl medal qazandı
- İsa Hüseynov Avropa birinciliyində 3 bürünc medal qazanıb