Ağırlıqqaldırma üzrə U-15 və yeniyetmələr arasında Azərbaycan birinciliyinə yekun vurulub.
Apasport.az xəbər verir ki, Şüvəlanda yerləşən Ağırlıqqaldırma Akademiyasında təşkil olunan yarışda daha 4 çəki dərəcəsi üzrə qaliblər müəyyənləşib.
67 kq çəki dərəcəsində Hikmət Məhərrəmov toplamda 203 kq (85 kq+ 118 kq) nəticə ilə 15 yaşlılar arasında fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib. Lətif Əliyev isə 73 kq çəki dərəcəsində toplamda 205 kq (95 kq + 110 kq) nəticə ilə birinci olub.
Yeniyetmələrin yarışında isə 67 kq çəki dərəcəsində Kamran Xappayev toplamda 235 kq (108 kq + 127 kq) nəticə ilə qalib adını qazanıb. Əbdülhüseyn Hüseynov isə 73 kq çəki dərəcəsində toplamda 241 kq (108 kq + 133 kq) nəticə ilə qalib adını qazanıb.
- Ağırlıqqaldırma üzrə Azərbaycan çempionatına start verilib - FOTO
- Bakıda atletika üzrə beynəlxalq yarış keçiriləcək
- Azərbaycan gimnastları üçün antidopinq maarifləndirmə seminarı keçirilib
- Dadaş Dadaşbəyli: "Mənimçün möhtəşəm yarış oldu"
- İslam Oyunları: Ağırlıqqaldıranımız gümüş medal qazanıb - YENİLƏNİB