Ağırlıqqaldırma üzrə Azərbaycan çempionatında mükafatçılar bəlli olub
26.01.2025 - 02:16
Ağırlıqqaldırma üzrə Azərbaycan çempionatında mükafatçılar bəlli olub

Ağırlıqqaldırma üzrə Azərbaycan çempionatının ilk günündə qadın atletlər daha 6 çəki dərəcəsində mükafatçıların adlarına aydınlıq gətiriblər.

Apasport.az xəbər verir ki, 64 kq çəki dərəcəsində Lalə Əzizli birdən qaldırma hərəkətində 59 kq nəticə göstərib.

Təkanla qaldırma hərəkətində 68 kq ağırlığın öhdəsindən gələn idmançı toplamda 127 kq nəticə ilə çempion olub.

71 kq çəki dərəcəsində Aytən Əliyeva birdən qaldırma hərəkətində 68 kq-ın öhdəsindən gəlib. Təkanla qaldırma hərəkətində 85 kq ağırlığın öhdəsindən gələn atlet toplamda 153 kq nəticə ilə birinci olub.

76 kq çəki dərəcəsində Arzu Qədimova birdən qaldırma hərəkətində 60 kq nəticə göstərib. Təkanla qaldırma hərəkətində 70 kq ağırlığın öhdəsindən gələn atlet toplamda 130 kq nəticə ilə qalib adını qazanıb.

81 kq çəki dərəcəsində Rahilə Hüseynzadə birdən qaldırma hərəkətində 75 kq nəticə göstərib. Təkanla qaldırma hərəkətində 90 kq ağırlığın öhdəsindən gələn atlet toplamda 175 kq nəticə ilə birinci olub.

87 kq çəki dərəcəsində Ələmgül Yusifzadə birdən qaldırma hərəkətində 35 kq nəticə göstərib. Təkanla qaldırma hərəkətində 50 kq ağırlığın öhdəsindən gələn atlet toplamda 85 kq nəticə ilə birinci olub.

+87 kq çəki dərəcəsində Mələk Hüseynli birdən qaldırma hərəkətində 52 kq nəticə göstərib. Təkanla qaldırma hərəkətində 65 kq ağırlığın öhdəsindən gələn atlet toplamda 117 kq nəticə ilə birinci olub.

0