Azərbaycan ağırlıqqaldıranı Muhəmmədəli Məmmədzadə İspaniyanın paytaxtı Madrid şəhərində keçirilən U-15 və yeniyetmələrin Avropa birinciliyində iki gümüş medal qazanıb.
Apasport.az xəbər verir ki, bunu Azərbaycan Ağırlıqqaldırma Federasiyasının mətbuat xidməti açıqlayıb.
Son yarış günü U-15 kateqoriyasında mübarizəyə qoşulan 88 kiloqram çəki dərəcəsində yarışan idmançı birdən qaldırma hərəkətində 122 kiloqram nəticə ilə fəxri kürsünün ikinci pilləsinə qalxıb.
O, təkanla qaldırma hərəkətində isə 147 kiloqram çəkini başı üzərinə qaldırıb. Beləliklə, iki hərəkətin cəmində 269 kiloqram nəticəyə imza atan atlet yarışın gümüş medalını qazanıb.
Bu çəki dərəcəsində çıxış edən digər təmsilçimiz Ayxan Məmmədov isə toplamda 218 kiloqram (102+116) nəticə göstərərək, Avropa birinciliyini 6-cı pillədə başa vurub.
- Almaniyalı mütəxəssis Azərbaycanın atletika məşqçiləri üçün seminar keçib
- Fəxrəddin Allahverdiyev Avropa birinciliyində 3 gümüş medal qazanıb
- Təmsilçimiz Avropa birinciliyində bürünc medal qazanıb
- Musab Məmmədtağıyev Avropa birinciliyində 3 qızıl medal qazandı
- İsa Hüseynov Avropa birinciliyində 3 bürünc medal qazanıb