Azərbaycan ağırlıqqaldıranı Bəhreynin paytaxtı Manamada keçirilən dünya çempionatında ilk medalını qazanıb.
Apasport.az xəbər verir ki, Dadaş Dadaşbəyli (109 kq) fəxri kürsüdə yer alıb.
Atletimiz birdən qaldırma hərəkətində 183 kq-ı ram edərək, 4-cü nəticəni göstərib. Dadaş təkanla qaldırma hərəkətində daha yaxşı çıxış edib. O, 221 kq-ı başı üzərinə qaldıraraq bu hərəkətdə dünya çempionatının gümüş medalına sahib çıxıb.
Dadaşbəyli toplamda 404 kq (183+221) nəticə ilə yekun sıralamada da 2-ci yeri tutaraq fəxri kürsüdə yer alıb.
Qeyd edək ki, Dadaş ötən il Səudiyyə Ərəbistanında keçirilən dünya çempionatında bürünc medal qazanaraq 18 illik fasilədən sonra bu nəticəyə nail olmuşdu.
- Almaniyalı mütəxəssis Azərbaycanın atletika məşqçiləri üçün seminar keçib
- Fəxrəddin Allahverdiyev Avropa birinciliyində 3 gümüş medal qazanıb
- Təmsilçimiz Avropa birinciliyində bürünc medal qazanıb
- Musab Məmmədtağıyev Avropa birinciliyində 3 qızıl medal qazandı
- İsa Hüseynov Avropa birinciliyində 3 bürünc medal qazanıb